Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.
Viral.az-ın məlumatına görə, istər təşviqat dönəmində, istərsə də seçki günü ən qalmaqallı seçki dairəsi kimi 70 saylı Neftçala seçki dairəsi diqqət çəkib.
Burada sabiq millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlının xanımı Tənzilə Rüstəmxanlı ilə bitərəf namizəd Vəfa Nağıyeva arasında gedən seçki rəqabəti maraqla qarşılanıb.
Son Yazılar:
- Raketlərin yerləşdirilməsi ABŞ-nin qərarından asılıdır
- Raketlərin yerləşdirilməsi ABŞ-ın qərarından asılıdır
- Azərbaycan və Rusiya FHN əməkdaşlığın genişləndirilməsini müzakirə EDİBLƏR
Təşviqat dönəmində Tənzilə Rüstəmxanlının “Önümə keçən qanqallara görə Neftçaladan vaz keçərmiyim?” sitatı sosial şəbəkələrdə viral olub.
Vəfa Nağıyeva da rəqibinə cavabında qanqal bitkisinin şəfasından söz açıb.
Seçki günü isə tərəflər arasında rəqabət pik həddə çatıb. Hətta tərəflərin bir-birinə, eləcə də nümayəndələrinə qarşı fiziki zorakılıq etdiyi də iddia olunur. Bəzi sosial şəbəkə istifadəçiləri baş verən qalmaqalların fonunda dairənin nəticələrinin ləğv olunacağını da ehtimal edirlər.
ARB24 telekanalı isə yuxarıda qeyd etdiyimiz rəqabəti əks etdirən videosüjet hazırlayıb.
Həmin süjeti təqdim edirik: