Azərbaycan növbədənkənar parlament seçkilərinə ciddi hazırlaşıb.
Viral.az xəbər verir ki, bunu İtaliya Deputatlar Palatasının üzvü Naike Gruppioni növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransında deyib.
O vurğulayıb ki, bu seçkidə gənclərin və qadınların fəal iştirakı da diqqətçəkən olub:
Son Yazılar:
- Qaynar çay içməyi sevənlərdə xərçəng RİSKİ
- Tanınmış vəkil vəfat etdi – FOTO
- Başında spazm var? – 2 manatlıq çarə
“Bundan əlavə, insanlarda gələcəyi əl-ələ verərək qurmaq inamı məni çox sevindirdi. Bu, hökumətin vətəndaşlar üçün yaratdığı siyasi sferanın əlçatanlığıdır. Seçki prosesinin yüksək səviyyədə təşkili, şəffaflığından məmnun qaldım. Xüsusilə də seçki məntəqələrində qadınların olması faktı məni sevindirdi”.
İtaliyalı parlamentari qeyd edib ki, məntəqələrdə “exit-poll”ların təşkili göstərir ki, seçkini keçirən qurumlar prosesin şəffaf keçirilməsi üçün çalışıb:
“Düşünürəm ki, seçicilərə yaradılan imkanlar müsbət dəyərləndirilməlidir. Seçki məntəqələrində heyətlərin tam təşkili prosesin tam və sistemli şəkildə həyata keçirilməsindən xəbər verir. Bu, seçkiyə Azərbaycanın ciddi şəkildə hazırlaşdığını göstərdi. Buna görə də bu seçkiləri şəffaf və demokratik adlandırmaq olar”.