Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 16 m² sahədə, tavanı və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Viral.az-a verilən xəbərə görə, yüksək temperaturdan dəhlizdə quraşdırılan 1 ədəd kondisioner və bitişik sahəsi 20 m² olan talvarın lambirdən ibarət tavanı əriyib.
Evin qalan hissəsi və talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son Yazılar:
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub