İsrail HƏMAS-ı Qəzzada altı girovu öldürdüyünə görə çox böyük bədəl ödəməyə məcbur edəcək.
Viral.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında bildirib.
“İsrail bununla barışmayacaq və bu qətli unutmayacaq. HƏMAS buna görə çox böyük bədəl ödəyəcək”, – Baş nazir vurğulayıb.