Azərbaycan güləşçisi dünya çempionatında finala YÜKSƏLDİ

Azərbaycan güləşçisi Cocu Səmədov (87 kq) İspaniyanın Pontevedra şəhərində davam edən U-20 dünya çempionatında finala yüksəlib.

Viral.az xəbər verir ki, o, 1/8 finalda serbiyalı Andriya Mixaloviç, 1/4 finalda ermənistanlı Ruben Gevorqyan, yarımfinalda isə qazaxıstanlı Temirlan Turdakin üzərində qələbə qazanaraq həlledici mərhələyə vəsiqə qazanıb.

Səmədovun finaldakı rəqibi qırğızıstanlı Asan Janişov olacaq.

Son Yazılar:

Digər güləşçilərimizdən Rahim Həsənov (55 kq), Məhəmməd Şükürzadə (63 kq) və Məzaim Mərdanov (130 kq) isə bürünc medal uğrunda görüşə çxıacaq.

Qeyd edək ki, medal uğrunda görüşlər sabah keçiriləcək.