Ucarda xəsarətlə nəticələnən yol qəzası olub.
Viral.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun “Dördyol” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.
Ucar rayon sakini, 37 yaşlı Tinel Ağahüseyn oğlu Cavadlının idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili Yevlax rayon sakini, 47 yaşlı Əzim Rafiq oğlu Məmmədovun idarə etdiyi “Nissan” markalı minik maşını toqquşub.
Son Yazılar:
- Köklük, piylənmə 13 növ xərçəng riskini artırır
- Çexiya daşqınlardan dəyən ziyanı açıqladı
- “Beşiktaş” doğma meydanda məğlub OLDU
Hadisə nəticəsində Ucar rayon sakini, 50 yaşlı Əhliman Vəli oğlu Məhərrəmov və Yevlax rayon sakini 38 yaşlı Amaliya Qəzənfər qızı Məmmədova xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.