Tovuzda yol-nəqliyyat hadisəsi olub, 4 nəfər xəsarət alıb

Tovuzda yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Viral.az “Report”a istinadən xəbər verir ki, 2 avtomobilin toqquşması və qəzaya toplaşan piyadaların avtomobillə vurulması nəticəsində 1991-ci il təvəllüdlü F.Tağıyev, 1992-ci il təvəllüdlü R.Həsənov, 1991-ci il təvəllüdlü C.Əliyev və 1984-cü il təvəllüdlü S.Mehdiyev xəsarət alıblar.

Qeyd edək ki, 2 avtomobilin toqquşması nəticəsində xəsarət alan Gəncə şəhərində yerləşən xəstəxanlardan birinə göndərilib.

Son Yazılar:

Faktla bağlı araşdırma aparılır.

***

21:28

Tovuz rayonunun Düz Cırdaxan kəndində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi olub.

Viral.az “Report”a istinadən xəbər verir ki, avtomobillərin toqquşması nəticəsində 1 nəfər xəsarət alıb. Qəza baş vermiş ərazidə digər avtomobil isə piyadaları vurub. Hadisə nəticəsində bir neçə piyada xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Onların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.