ABŞ-nin “İnter Mayami” klubunun uruqvaylı futbolçusu və hücumçusu Luis Suares millidəki karyerasını başa vurduğunu açıqlayıb.
Viral.az xəbər verir ki, bu barədə futbolçu özü açıqlama verib.
“Cümə günü, sentyabrın 6-da ölkəmin milli komandasında son oyunum baş tutacaq”, – L.Suares bildirib.
Son Yazılar:
- Qaz limitində DƏYİŞİKLİK OLACAQ? – Vacib məlumat verildi
- Azərbaycanın Xalq artisti vəfat ETDİ – FOTO
- Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz ET
Qeyd edək ki, Suaresin 37 yaşı var. O, Uruqvay millisində 137 oyun keçirib ki, bu da millinin tarixində ikincidir (Ən çox oyunu Dieqo Qodin keçirib – 161). Suares millinin heyətində 68 qol vurub və 39 məhsuldar ötürmə edib. 2011-ci ildə Uruqvay yığmasının tərkibində Amerika kubokunun qalibi olub.