Sentyabrın 4-də saat 06:00-dan başlayaraq Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində (Azərbaycan prospektindən Səməd Vurğun küçəsinə qədər olan hissədə) hərəkət avtonəqliyyat vasitələri üçün tam məhdudlaşdırılacaq.
Viral.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Bu, həmin hissədə aparılan təmir-bərpa işləri ilə əlaqədardır.
Son Yazılar:
- Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar ALINACAQ
- Azərbaycanlı şagird Türkiyədə imtahanda ən yüksək balı yığdı
- “Verilişlər biabırçılıqdır” – Video
AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.