MEDİA-nın Naxçıvan regional idarəsinin Əsasnaməsi təsdiq edildi

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) Naxçıvan regional idarəsinin Əsasnaməsi təsdiq edilib.

Viral.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.

Bildirilib ki, Müşahidə Şurasının bu gün iclası keçirilib, sədr Dağbəyi İsmayılovun rəhbərliyi ilə görüşdə Şuranın üzvləri – Vüqar Əliyev, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlı, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media sektorunun müdiri Kamran Həsənov, Agentliyin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov iştirak edib.

Son Yazılar:

Qeyd edilib ki, iclasın gündəliyinə uyğun olaraq, dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri və “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin Əsasnaməsi” təsdiq edilib.

Bununla yanaşı, cari il üçün həyata keçirilməsi nəzərdə tutulan fəaliyyət istiqamətləri, Agentliyin strateji məqsədləri və planları, icra ediləcək tədbir və layihələrə dair ətraflı müzakirələr aparılıb.