Hindistanın Müdafiə Satınalmaları Şurası ümumi dəyəri 1,5 trilyon rupi (17,3 milyard ABŞ dolları) olan 10 satınalma təklifini təsdiqləyib.
Viral.az TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Hindistan Ordusunun tank parkının modernləşdirilməsi üçün “Future Ready Combat Vehicles” (FRCV) tanklarının satın alınması təklifi təsdiq edilib. FRCV üstün hərəkət qabiliyyətinə, yolsuzluq qabiliyyətinə, çoxqatlı mühafizəyə, dəqiq və effektiv atəş sisteminə və real vaxt situasiya məlumatlılığına malik müasir əsas döyüş tankı olacaq”, – qurumdan bildirilib.
Son Yazılar:
- Yazıçı vəfat etdi – FOTO
- “Kartdan-karta” üsulu ilə işləyən 258 sahibkara maliyyə sanksiyası tətbiq EDİLDİ
- Bakıda söküntü bu ərazidən başlayacaq – AÇIQLANDI
Qeyd olunur ki, hava hədəflərinin aşkarlanması və izlənilməsi üçün hava hücumundan müdafiə atəşinə nəzarət radarlarının, “Dornier-228” təyyarələrinin, çətin hava şəraitində yüksək göstəricilərə malik yeni nəsil yüksəksürətli patrul gəmilərinin alınması da nəzərdə tutulub.