Ekvadorda avtobus aşdı, 9 nəfər ÖLDÜ

Ekvadorun paytaxtı Kito yaxınlığında avtobusun iştirakı ilə baş verən yol nəqliyyat hadisəsində azı 9 nəfər ölüb, 10 nəfər yaralanıb.

Viral.az xəbər verir ki, bu barədə Kito yanğınsöndürmə idarəsi “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

“Bu gün səhər saatlarında içərisində 35 nəfərin olduğu avtobus avtomobil yolunun Pifo-Papalyakta hissəsində aşıb. Hadisə yerinə gələn xilasedicilər 9 nəfərin öldüyünü təsdiqləyib. Yardım edilən 26 nəfərdən 10-u xəstəxanaya yerləşdirilib”, – məlumatda deyilir.

Hadisənin səbəbləri müəyyənləşdirilir.

“El Universo” qəzeti ölənlərin hamısının ümumi sayı bir neçə min nəfər olan yerli vaorani xalqının nümayəndələri olduğunu yazıb.