“QAZ – 66” velosipedçini vurdu

Astara rayonunda “QAZ – 66” markalı yük maşını 14 yaşlı velosipedçini vurub.

 

Viral.az xəbər verir ki, hadisə Astara rayonunun Züngüləş kəndində baş verib. Hərəkətdə olan “QAZ – 66” markalı yük maşını velosipedlə hərəkətdə olan Ərçivan qəsəbə sakinini vurub. Qəza nəticəsində yeniyetmə ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan yeniyetmə dərhal əməliyyata götürülüb.

Son Yazılar:

 

Faktla bağlı araşdırma aparılır.