Bu gün Bakının Binəqədi rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
Viral.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, Binəqədi rayonu, S.S.Axundov küçəsindən İ.P.Dadaşov küçəsinə qədər yeraltı qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə sentyabrın 4-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Son Yazılar:
- Dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma 24 %-ə yaxın ARTIB
- Valideynlərin nəzərinə: Noyabrın 25-dən BAŞLAYIR
- Prezidentdən elektrik enerjisi və su təchizatı ilə bağlı
Təmir quraşdırma işləri görülən zaman Binəqədi rayonunun S.S.Axundov, İ.P.Dadaşov, Dərnəgül, Ş.Məmmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.