16 terrorçu məhv edildi 

Türkiyə Silahlı Qüvvələri tərəfindən İraq və Suriyanın şimalında 16 PKK terrorçusu zərərsizləşdirilib.

 

Viral.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Son Yazılar:

 

Məlumata görə, terrorçulardan 14-ü İraqın Hakurk və Metina, ikisi isə Suriyanın şimalında “Fərat qalxanı” əməliyyatı bölgəsində zərərsizləşdirib.

 

Açıqlamada terrorun mənbəyində məhv edilməsi üçün əməliyyatların əzm və qətiyyətlə davam etdiriləcəyi vurğulanıb.