Rusiya Fransa hüquq-mühafizə orqanlarının və hərbçilərinin yerli əhaliyə qarşı tətbiq etdiyi metodların qəbuledilməzliyini dəfələrlə qeyd edib.
Viral.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “news.ru”nun sualını cavablandırarkən deyib.
“Biz qeyd edirik ki, beynəlxalq ictimaiyyət dekolonizasiya prosesinin başa çatmadığını görür”, – o bildirib.
Son Yazılar:
- Tikinti işləri aparanların nəzərinə – 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
- Bakıda 16 yaşlı qız itkin DÜŞDÜ
- 8-ci sinif şagirdi HELİKOPTER maketi hazırladı – VİDEO
M.Zaxarova qeyd edib ki, Paris başqa ölkələrdəki seçkilərlə bağlı qiymətləndirmələrində obyektiv deyil.
“Görün, Paris bu və ya digər ölkədə keçirilən seçkiləri hansı narahatlıq, təşviş və aşkar maniakallıqla qiymətləndirir, dünyanın bu və ya digər regionunda söz azadlığının vəziyyətinə necə qiymət verir. Bu da onların öz sözləri ilə desək, cavabdeh olduqları ərazidir. Görün, orada nə baş verir. Onlar etdiklərinə görə cavab verməyə hazır deyillər”, – XİN rəsmisi vurğulayıb.
O bildirib ki, Fransanın dənizaşırı ərazilərində sosial-iqtisadi gərginlik qalmaqdadır və Fransa hakimiyyəti problemlərin əsas səbəbini aradan qaldırmaq əvəzinə, kütləvi siyasi repressiyalar həyata keçirmək qərarına gəlib.
“Onlar əvvəlcə öz problemlərini, ya da məsul olduqları ərazilərdəki problemləri həll etməlidirlər. Nə üçün başqalarına dərs vermək, hətta qınamaq hüququna malik olmalıdırlar?”, – M.Zaxarova əlavə edib.