“Medalımı Azərbaycan xalqına həsr edirəm”.
Viral.az xəbər verir ki, bunu Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmış Lamiyə Vəliyeva deyib.
100 metr məsafəyə qaçışda fəxri kürsünün birinci pilləsinə qalxan paraatlet dünya rekordunu da yenilədiyi üçün çox sevindiyini bildirib:
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
“Məşqlərim bu yarışdan əvvəl bir az yaxşı davam etmirdi. Elə bilirdim ki, əvvəlki kimi deyiləm. Amma bu gün bir daha şahid oldum ki, Allah heç bir əziyyəti yerdə qoymur. Bu qızıl medal mənim və bütün komandamızın əziyyətinin bəhrəsidir. İdmana və paralimpiyaya göstərdikləri diqqətə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm”.
L.Vəliyeva sentyabrın 5-də T13 kateqoriyası üzrə 400 metr məsafəyə qaçışda da qüvvəsini sınayacaq.