Daha bir ölkə “sülh sammiti”ndən imtina etdi 

Səudiyyə Ərəbistanı İsveçrədə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə dair konfransda iştirakdan imtina edib.

 

Viral.az xəbər verir ki, nu barədə Almaniyanın DPA agentliyi Səudiyyə Ərəbistanındakı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Son Yazılar:

 

Məlumata görə, bu qərar təşkilatçıların sammitə Rusiya nümayəndələrini dəvət etməkdən imtina etməsi səbəbindən verilib.

 

Bildirilir ki, Ukrayna prezidenti Viktor Zelenski iyunun 15-16-da İsveçrədə keçiriləcək sammitdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səuddan dəstək almaq üçün iyunun 1-də Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırıb. Lakin onun Səudiyyə Ərəbistanına səfəri təxirə salınıb.

 

Bundan sonra Zelenski Rusiya və Çinin İsveçrədəki sammiti pozmağa çalışdığını bildirib.

 

Qeyd edək ki, 106 ölkə sammitdə iştirakını təsdiqləyib. Bir sıra dövlətlər sammitdə iştirakdan rəsmən imtina ediblər. Çin, Braziliya və Cənubi Afrika sammitdə iştirak etməyəcək.