Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,25 ABŞ dolları, yaxud 0,32 % azalaraq 78,3 ABŞ dolları təşkil edib.
Bu barədə Viral.az-a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 72,92 ABŞ dolları təşkil edib.
Son Yazılar:
- Bakıda hansı ərazilər söküləcək? – Komitə sədrindən AÇIQLAMA
- Yazıçı vəfat etdi – FOTO
- “Kartdan-karta” üsulu ilə işləyən 258 sahibkara maliyyə sanksiyası tətbiq EDİLDİ
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.