Gimnastlarımız beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycanın bədii gimnastları sentyabrın 7-dən 8-dək San Marinonun Serravalle şəhərində keçiriləcək “San Marino Cup” beynəlxalq turnirində iştirak edəcək.

Viral.az xəbər verir ki, məşqçilər Valentina Ukleina ilə ⁠Ruslan Eyvazovun rəhbərliyi altında İlona Zeynalova (böyük yaş qrupu üzrə) və Şəms Ağahüseynova (gənc yaş qrupu üzrə) ölkəmizi təmsil edəcək.

Hakim qismində isə yarışda Aysel Həsənova yer ala alacaq.

Son Yazılar: