Türkiyənin “Fənərbağça” klubu portuqaliyalı tanınmış baş məşqçi Joze Mourinyo ilə rəsmi müqavilə imzalayıb.
Viral.az xəbər verir ki, İstanbul şəhərinin Kadıköy rayonunda yerləşən “Ülkər” stadionunda təşkil olunan imzalanma mərasimi azarkeşlərə açıq keçirilib.
Son Yazılar:
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
- Əhaliyə vacib XƏBƏRDARLIQ – Dünən gecədən başlayıb, 1 həftə davam edəcək
61 yaşlı mütəxəssis tərəfdarlara səslənərək Türkiyə futbolu və liqasının inkişafına kömək etmək istədiyini bildirib: “Burada 30 minə yaxın azarkeş var. Bu, o deməkdir ki, mən işimdə olduqca məsuliyyətli olmalıyam. Artıq özümü “Fənərbağça” ailəsinə aid hiss edirəm. Əsas məqsədim klubu inkişaf etdirməkdir. Bu andan etibarən sizin xəyallarınız mənim xəyallarımdır”.
Qeyd edək ki, Joze Mourinyonun son iş yeri bu ilin yanvarında yollarını ayırdığı İtaliyanın “Roma” komandası olub.