Azərbaycan Cənubi Qafqazda təmiz enerji inqilabına başçılıq edir

Hesab edirəm ki, Azərbaycan Cənubi Qafqazda həqiqətən təmiz enerji inqilabına rəhbərlik edir.

Viral.az xəbər verir ki, bu sözləri britaniyalı jurnalist və ekspert Neil Vatson AZƏRTAC-a açıqlamasında deyib.

Britaniyanın Lafboro (Loughborough) Universitetində “Sıfır emissiya hədəfinə gedən yolda beynəlxalq tərəfdaşlığın rolu” mövzulu tədbirdə iştirak edən jurnalist dünyada təmiz, davamlı enerji mənbələrinə olan ehtiyacın artdığını bildirərək deyib: “Azərbaycan bu yeni tələbi sürətlə və səmərəli şəkildə cavablandırır, təmiz enerjinin istisna deyil, norma halına gətirilməsi üçün ciddi addımlar atır”.

Son Yazılar:

İyul ayında Şuşada keçirilən Qlobal Media Forumunda iştirak edən Neil Vatson öz təəssüratlarını da bölüşüb: “Şuşada hər evin üzərində Günəş panellərinin olduğunu gördük. Bu, Böyük Britaniyada görmədiyimiz mənzərə idi. Yeni tikilən evlər hamısı Günəş panelləri ilə təchiz olunub. Ermənistan tərəfindən dağıdılan və ya müharibə zamanı məhv olmuş, indi isə istifadə olunan evlər də Günəş panelləri ilə işləyirdi. Azad olunmuş ərazilərin gələcəkdə də ekoloji cəhətdən təmiz təcrübələrdən istifadə edəcəyini görürəm”.

Neil Vatson Azərbaycanın sıfırdan başlayaraq müasir, əsasən Günəş enerjisi ilə işləyən kəndlər, şəhərlər tikməsinin çox təsiredici olduğunu da əlavə edib.