Maldiv adalarının prezidenti Mohamed Muizzou İsrail vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulmasını təsdiqləyib.
Viral.az xəbər verir ki, bu barədə İsrail Prezidentinin saytında məlumat yayılıb.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Qadağa ikili vətəndaşlığı olan şəxslərə də şamil edilir.
Maldiv prezidenti fələstinlilərin ehtiyaclarını qiymətləndirmək üçün xüsusi nümayəndə təyin etmək qərarına gəlib. Nümayəndə Fələstinə kömək üçün vəsait toplama kampaniyası təşkil edəcək. Kampaniya BMT-nin Yaxın Şərq Agentliyinin dəstəyi ilə təşkil olunacaq. Maldiv adalarının rəhbərliyi həmçinin “Maldivlilər Fələstinlə həmrəydir” şüarı altında ümummilli mitinq keçirməyi planlaşdırır.
İsrail Xarici İşlər Nazirliyi artıq israillilərə Maldiv adalarına getməməyi tövsiyə edib.
Maldiv adalarının dövlət dini İslamdır. Ölkə 1974-cü ildə İsraillə diplomatik münasibətləri dayandırıb. Maldiv adaları Fələstini dövlət kimi tanıyır. 1982-ci ildə respublika Fələstinlə diplomatik əlaqələr qurub.