Azərbaycanın gənc qız cüdoçuları 25 ildən sonra rekordu təkrarlayıblar.
Viral.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) buna Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında qızıl medal qazanmaqla nail olublar.
Qızlardan ibarət yığma bunadək ilk və son dəfə məhz 1999-cu ildə iki qızıl mükafata sahib çıxıb.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Qeyd edək ki, ötən gün oğlanlardan Nizami İmranov (60 kq) gümüş medal əldə edib. İlk yarış günündən sonra Azərbaycan həm qızların sıralamasında, həm də ümumi komanda hesabında 39 ölkə arasında birinci pillədə qərarlaşıb.