18 nəfəri ildırım vurdu

Çexiyanın Vratislavitse şəhərindəki parkda 18 nəfəri ildırım vurub.

 

Viral.az xəbər verir ki, hadisə yerli sakinlər parkda tədbir keçirərkən baş verib. İldırımın təsirinə böyük ağacın altında oturan şəxslər məruz qalıblar.

Son Yazılar:

 

Zərərçəkənlərdən beş uşaqdır. Yaralılardan yeddisi reanimasiyaya yerləşdirilib, bir uşaq paytaxt Praqadakı xəstəxanalardan birinə yola salınıb.