Paris Olimpiadası ərəfəsində Eyfel qülləsini ziyarət haqqı artırılır.
Viral.az xəbər verir ki, iyunun 17-dən etibarən qüllədə liftdən istifadə etməklə ziyarətin qiyməti 20%, pilləkənlərlə qalxmağın qiyməti isə 42% artırılacaq.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Sözügedən tarixdən liftlə ziyarət (qüllənin ən hündür nöqtəsinə qalxma) üçün biletin qiyməti 29,40 avrodan 35,30 avroya qaldırılacaq. Klassik gəzinti (ikinci mərtəbəyə pilləkənlə çıxma) bileti isə 10 avrodan 14,20 avroya qaldırılır.
Fransa mediası bildirir ki, qiymət artımından məqsəd tikilinin təmir xərclərini qarşılamaqdır.
Qeyd edək ki, Eyfel qülləsi dünyanın ən çox baş çəkilən abidələri sırasında yer alır. Ötən il qülləni 6,3 milyondan çox turist ziyarət edib.