Meksikada qadın prezident – İlk dəfə

Meksikads keçirilən prezident seçkilərinin ilkin nəticələrinə görə, hakim Morena partiyasının namizədi Klaudiya Şeynbaum liderdir.

 

Viral.az xəbər verir ki, bu barədə NMAS televiziya kanalı və “El Financiero” qəzeti öz “exit-poll”larına istinadən məlumat yayıb.

Son Yazılar:

 

Nəticələr təsdiqlənərsə, o, dövlət başçısı vəzifəsini icra edən ilk qadın ola bilər. Partiya sədri Mario Delqado xanım Şeynbaumun qələbəsini elan edib.

 

Delqado Morena tərəfdarlarına deyib ki, xanım Şeynbaum “çox böyük” fərqlə liderdir.

 

Meksikada keçirilən son seçkilər ölkə tarixinin ən böyük seçkiləri olub. Vətəndaşlar prezidentdən başqa, Konqresin aşağı palatasının 500 üzvü və 128 senatoru, həmçinin 8 qubernatoru və Mexiko şəhərinin merini seçiblər. Otuz səkkiz namizəd kampaniya zamanı, ikisi seçki günü öldürülüb.