Tovuzda FACİƏ: Maşın Kürə aşdı, 3 nəfər batdı

Tovuzda bədbəxt hadisə baş verib.

Viral.az xəbər verir ki, bu barədə APA məlumat yayıb.

Hadisə Hunalılar kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ 2107” markalıminik avtomobili Kür çayına aşıb.

Bu zaman sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov batıb, 1992-ci il təvəllüdlü Turqut İbrahimov xilas olub.

Hazırda onların axtarışları davam etdirilir. Hadisə yerinə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.