Qiyamçı keşiş Ermənistan İstintaq Komitəsinə ÇAĞIRILDI

Ermənistanda etiraz aksiyalarına rəhbərlik edən keşiş Baqrat Qalstanyan bu gün İstintaq Komitəsinə gedəcək. Viral.az xəbər verir ki, bu barədə arxiyepiskop Baqrat Qalstanyan dünən Müqəddəs Anna kilsəsinin həyətindəki aksiyada bildirib.

“Biz Surb Xaç kilsəsinin həyətinə yığışacağıq və saat 10:00-da İstintaq Komitəsinə gedəcəyik. Tələblərimizin nədən ibarət olacağını yerindəcə söyləyəcəyəm. Ya bizə cavab verəcəklər, ya da biz öz əməllərimizdə azad olacağıq”, – keşiş deyib.

Arxiyepiskop yaxın gələcəkdə Vanadzor, Vardenisə getməyi planlaşdırdıqlarını, həmçinin Sünik bölgəsinə səfər etmək istədiklərini də bildirib.

Son Yazılar:

“Bu fəlakət (delimitasiyanı nəzərdə tutur – red.) Tavuşdan Meğriyə qədər davam edəcək. Yoxsa bu adamlar qanunsuz təxribatlarını təkcə Tavuşla məhdudlaşdırmayacaqlar”, – keşiş vurğulayıb.

Baqrat Qaktanyan onu da qeyd edib ki, bu həftə ərzində böyük mitinq elan edəcəklər.

“Bu mitinq qələbəyə aparan konkret addımların atılması istiqamətində mühüm mərhələ olacaq”, – o deyib.