“Mançester Siti”dən Haalandla bağlı QƏRAR

“Mançester Siti” hücumçu Erlinq Haalandla müqaviləni uzatmaq niyyətindədir.

Viral.az xəbər verir ki, 24 yaşlı futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. 

“Marca” nəşri yazıb ki, Mançester təmsilçiləri norveçli oyunçunun komandadakı gələcəyini müzakirə etmək üçün agent Rafaela Pimenta ilə artıq bir neçə görüş keçirib.

Son Yazılar:

Qeyd edilir ki, müqavilə bağlanarsa, Haaland mövsümdə 24 milyon avro məvaciblə Kevin De Brüyneni keçərək klubda ən çox maaş alan futbolçu olacaq.

Xatırladaq ki, futbolçu 2022-ci ilin yayından “Mançester Siti”də oynayır. Onunla “Real”ın maraqlandığı bildirilir.