Yol qəzasında ölənlərin sayı artdı – YENİLƏNİB

Samuxda yol qəzasında ölənlərin sayı ikiyə çatıb.

Viral.az xəbər verir ki, hadisə nəticəsində “Lada” avtomobilinin sürücüsü 1948-ci il təvəllüdlü Elxan Əhmədov da vəfat edib.

***

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Viral.az-a bildirib ki, “Hyundai” və “Lada-21015” markalı avtomobillərin toqquşması nəticəsində “Lada” avtomobilinin sürücüsü E. Əhmədov müxtəlif bədən xəsarətləri alıb.

Sərnişin 1945-ci il təvəllüdlü Gilə Məmmədova isə aldığı xəsarərlərdən ölüb.

Hadisə yerinə Samux RPŞ-nin əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.

***

Samuxda ölümlə nəticələn yol qəzası baş verib.

Viral.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai” markalı maşınla “Lada” markalı avtomobil toqquşub.

Qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Samuxda qəza nəticəsində 2 nəfər ölüb - FOTO  - YENİLƏNİB-1 Samuxda qəza nəticəsində 2 nəfər ölüb - FOTO  - YENİLƏNİB-1 Samuxda qəza nəticəsində 2 nəfər ölüb - FOTO  - YENİLƏNİB-1