Sahibkar və investor Halla Tomasdottir İslandiyada keçirilən prezident seçkilərində qalib gəlib.
Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, Tomasdottir 34,3% səslə yüksək vəzifəyə seçilib. Keçmiş baş nazir Katrin Yakobsdottir 25,2%, dosent Halla Hrund Loqadottir isə 15,5% səslə 2-ci və 3-cü yeri tutublar.
55 yaşlı Halla Tomasdottir prezident postunda iki dörd illik müddətdən sonra yenidən seçilmək istəməyən hazırkı dövlət başçısı Qvıdni Yohannessonu əvəz edəcək.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Tomasdottir avqustun 1-də vəzifəsinin icrasına başlayacaq.
Şimali Atlantikada yerləşən ada dövləti İslandiyanın təxminən 384.000 əhalisi var və qadınların yüksək vəzifələrə seçilməsi ənənəsi uzun müddətdir davam edir.