Qazaxıstanın cənub-qərbindəki Manqistau vilayətinin Beşşoki kəndində qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanalara müraciət edənlərin sayı 300-ə çatıb.
Viral.az xəbər verir ki, bu barədə “lada.kz” regional portalı məlumat yayıb.
Bildirilib ki, hazırda 222 uşaq evdə, 67 uşaq xəstəxanada, 2-si reanimasiyada müalicə alır.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
***
14:20
Qazaxıstanın Manqistau vilayətində kütləvi qida zəhərlənməsi nəticəsində 141 nəfər zərər çəkib.
Viral.az–ın məlumatına görə, bu barədə yerli KİV Regional Səhiyyə İdarəsinə istinadən xəbər yayıb.
Qeyd olunur ki, sentyabrın 6-da axşam saatlarında Munaylı rayonundakı 8 saylı məktəbin şagirdləri qarın ağrısı və bədən istiliyinin yüksəlməsindən şikayət etməyə başlayıblar.
“Hazırda regionda xüsusi qərargah yaradılıb, 82 nəfər ev nəzarətindədir, 16 uşaq isə xəstəxanadadır İstintaq başlayıb”, – məlumatda deyilir.
Zəhərlənmənin səbəbləri aydınlaşdırılır.