Çexiyada son 250 ilin ən isti yayı qeydə alınıb.
Viral.az xəbər verir ki, bu barədə Çexiya Radiosu Çexiya Hidrometeorologiya İnstitutuna istinadən məlumat yayıb.
Məlumata görə, ötən ay Praqada orta sutkalıq havanın temperaturu 23,5°C olub. Bu isə Praqada fəaliyyət göstərən ilk meteostansiyanın açılışından ötən 250 il ərzində avqustun orta hava temperaturundan 2,5°C yüksəkdir.
Son Yazılar:
- Qaynar çay içməyi sevənlərdə xərçəng RİSKİ
- Tanınmış vəkil vəfat etdi – FOTO
- Başında spazm var? – 2 manatlıq çarə
Mütəxəssislər deyir ki, qlobal istiləşmənin sürətlənməsi tendensiyası olduqca açıqdır. 1960-cı illərdən indiyədək havanın temperaturu hər 10 ildən bir orta hesabla 0,3°C artıb.
“Buna əsaslanaraq deyə bilərik ki, 2050-ci ildə biz keçən yayı ən sərin yaylardan biri kimi xatırlayacağıq”, – klimatoloqlar proqnozlaşdırır.