Bakı metrosunun deposuna gizli daxil olaraq bir neçə vaqonu rəngləyən Fransa vətəndaşı Klerk Teqo Hüqo, Yeni Zelandiya vətəndaşı De-Saint Quentin İsmaelin və Avstraliya vətəndaşı Han Paulun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Viral.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya təqsirləndirilən fransızın vəkili Elçin Sadıqov məlumat verib.
Müttəhimlərdən Klerk Teqo Hüqo həbsdə, digərləri sərbəst mühakimə edilirdi.
Son Yazılar:
- Qaynar çay içməyi sevənlərdə xərçəng RİSKİ
- Tanınmış vəkil vəfat etdi – FOTO
- Başında spazm var? – 2 manatlıq çarə
Onlar metro vaqonlarını rənglədiklərinə görə xuliqanlıqda və əmlakı qəsdən məhv etmə və ya zədələməkdə ittiham olunublar.
Nərimanov Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hakim Gültəkin Əsədovanın hökmü ilə Klerk Teqo Hüqoya 3 il azadlıqdan məhrumetmə cəzası verilib. Digərləri isə 6 min 800 manat cərimə cəzasına məhkum edilib. Müttəhimlərə zərərçəkmiş quruma vurulmuş ziyan da tam ödətdirilib.
Qeyd edək ki, hadisə bu ilin aprelində baş verib.