Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının idmançılarını və onların məşqçilərini həvəsləndirmək məqsədilə qərara alıram:
Viral.az xəbər verir ki, Sərəncama əsasən,
1. XVII Yay Paralimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:
Son Yazılar:
- “Veteranlar haqqında” qanunda əsaslı dəyişikliklərin aparılması təklifi ilə çıxış etmişik
- Sənədsiz evlərə “kupça” almaq asanlaşır?
- İsrail səfirliyi yaxınlığında partlayış törədildi
1.1. birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat;
1.2. ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat;
1.3. üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min) manat, onun məşqçisinə 25 000 (iyirmi beş min) manat.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 sentyabr 2024-cü il