Amerikanın məşhur “The White Stripes” rok qrupunun keçmiş üzvləri Cek və Meq Uayt “Seven Nation Army” mahnısının müəllif hüquqlarını pozduğuna görə ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampı məhkəməyə veriblər.
Viral.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Musiqiçilər Trampı və onun kampaniyasını mahnını mənimsəməkdə və müəllif hüquqlarını pozmaqda ittiham edərək Nyu York federal məhkəməsində iddia qaldırıblar.
Son Yazılar:
- Onkoloji xəstələrə edilən yardım çox azdır
- Hərbçilərin kirayə haqları artırılsın – Deputatdan TƏKLİF
- Azərbaycanda yeni bələdiyyələr YARADILDI
Şikayətdə bildirilir ki, rokçular Trampın hazırkı seçki kampaniyasını pisləyib, qrupun mahnısının onların xəbəri və razılığı olmadan istifadə edildiyini qeyd ediblər.