29 iyun 2007-ci ildə, yəni düz 10 il əvvəl ABŞ-da ilk iPhone smartfonları satışa buraxılıb.
Viral.az xəbər verir ki, iPhone nəinki mobil texnologiyalar bazarında əsl inqilab edib, həmçinin dünyanı tamamilə dəyişib. Telefon yalnızca zəng və sms aləti olmaqdan uzaqlaşdı. Artıq insanlar əllərində həyatlarını birdəfəlik olaraq dəyişmiş fərdi kompüterə sahib idilər.
1. 1 milyarddan çox iPhone satılıb
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Rəsmi statistikaya əsasən, Apple şirkəti bütün bu zaman ərzində ilk versiyadan başlayaraq 1 milyarddan çox iPhone satıb. 2017-ci ilin birinci rübündə satışların əhəmiyyətli dərəcədə enməsinə (78 milyondan 50 milyon cihaza qədər) baxmayaraq, Apple dünya smartfon bazarında lider olaraq qalır.
2. iPhone — Apple şirkətinin ən gəlirli məhsuludur
Şirkətin ümumi gəlirindı iPhone-un payı 60%-dən çoxdur. Mahiyyət etibarilə, smartfon bazarında iPhone-un uğuru sayəsində Apple dünyanın ən bahalı brendləri siyahısında zirvələrdə yer alır.
3. Bütün Apple cihazlarında eyni vaxt təsvir edilir
9:41 — Apple şirkətinin bütün cihazlarında məhz bu saat təsvir edilir.
4. iPhone üçün prosessorları Samsung istehsal edir
Rəqabət və daimi mübahisələrə, hətta məhkəmə iddialarına baxmayaraq, Samsung və Apple şirkətləri çox vacib partnyorlardır. Belə ki, Samsung şirkəti həqiqətən də iPhone üçün prosessor istehsal edir.
5. iPhone ən loyal istifadəçilərə sahibdir
Apple şirkətinin smartfonundan istifadə edən istifadəçilər digər istehsalçıların cihazlarının istifadəçilərindən öz yüksək loyallığı ilə fərqlənir. Araşdırmalara əsasən, iPhone sahibləri adətən smartfonun növbəti versiyasını əldə edirlər.
6. Apple heç vaxt filmlərdə
iPhone reklamına pul sərf etmir Apple məhsullarını tez-tez filmlərdə müşahidə etmək mümkündür, lakin şirkət belə bir “reklam” üçün bir qəpik belə ödəmir.