Ermənistanın 9 noyabr 2020-ci il tarixli bəyanata əsasən, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı yola nəzarət etmək üçün Rusiya sərhədçilərinin iştirakı ilə bağlı öhdəlik götürməyib.
Viral.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı bildirib.
“9 noyabr tarixli sənədin 9-cu bəndində qeyd olunanlar o demək deyil ki, Azərbaycanı Naxçıvanla birləşdirən yolda Rusiya sərhəd qoşunları olmalıdır. Rusiya sərhədçilərinin Ermənistanda olması Ermənistanın həll etməli olduğu məsələdir. Əgər sabah Ermənistan qərar versə ki, onlar olmamalıdı, onlar olmayacaq da”, – Paşinyan deyib.
Son Yazılar:
- İvanişvili və Kobaxidze mandandan imtina EDİR
- Gürcüstan parlamenti hökumətə etimad proseduruna BAŞLAYACAQ
- İlham Əliyev Donald Trampa zəng ETDİ
Baş nazirin sözlərinə görə, 9 noyabr bəyanatında nəqliyyat əlaqəsinə nəzarəti Rusiya sərhədçilərinin edəcəyi göstərilib. “Harada yazılıb ki, FTX-nin sərhəd xidməti yerində olmalıdır? Belə şey yazılmayıb. Hətta Rusiya sərhədçilərinin Ermənistanda olması nəzərdə tutulsa belə, bu, Ermənistanın qərar verəcəyi məsələdir”.