Biləsuvarda iki məktəb üçün yeni bina inşa olunur.
Viral.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, hazırda Biləsuvar rayonu Bəydili kənd və Nəsimi kənd tam orta məktəbləri üçün yeni bina tikilir.
Son Yazılar:
- Səhər acqarına su için – Hər dərdin dərmanıdır…
- Baydenin İsraildən xahişi: Onlara hücum etmə!
- Türkiyədə bu prospektə Milli Qəhrəmanımızın adı VERİLDİ
Həmçinin Biləsuvar rayonu üzrə 2 ümumi təhsil müəssisəsində və 1 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri həyata keçirilib.
Məlumata görə, rayon üzrə I sinifdə 1 171, IX sinifdə 1 451, XI sinifdə isə 979 nəfər şagird 2024-2025-ci tədris ilində təhsil alacaq.