Şamaxı rayonunda bu gün səhər törədilmiş qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
Viral.az rayon prokurorluğuna istinadən xəbər verir ki, sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə məlumat daxil olub.
Araşdırma zamanı 1995-ci il təvəllüdlü Elbrus Şeydayevin Şamaxı-Pirqulu yolunun Əngəxaran kəndi ərazisindən keçən hissəsində yolun kənarında keçmiş qayınatası 1979-cu il təvəllüdlü Əlağa Hüseynov və qayınanası 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya kəsici-deşici alətlə müxtəlif xəsarətlər yetirdikdən sonra özünə məxsus avtomobillə Əlağa Hüseynovun üzərindən keçməsi nəticəsində sonuncunun hadisə yerində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Son Yazılar:
- Ermənilərin oğurlamaq istədiyi mahnımızın əsl adı NƏDİR?
- Moldova Rusiyaya qarşı bu sanksiyaya QOŞULDU
- Ukrayna bu müddətdə AB üzvü olacaq
Püstə Hüseynova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb.
Elbrus Şeydayev iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.