Azərbaycan-Ermənistan sülh müqaviləsi layihəsində neçə maddə var: 16, yoxsa 17?
Viral.az xəbər verir ki, ziddiyyətli rəqəmlər Ermənistanda siyasi çaxnaşmaya və müzakirələrə səbəb olub.
Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, layihədə 17 maddə var, 14-ü razılaşdırılıb, 3-ü müzakirə edilib. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə sülh mqaviləsi layihəsində 16 maddənin olduğunu deyib. Onun sözlərinə görə, maddələrdən 13-ü razılaşdırılıb, 3-ü qismən razılaşdırılıb.
Son Yazılar:
- “Tottenhem”in qapıçısı bir neçə ay yaşıl meydanlardan kənar QALACAQ
- Moskva Ermənistanla KTMT çərçivəsində əməkdaşlığın bərpasına ümid edir
- Qazaxıstan və Rusiya əməkdaşlığında müsbət dinamika var
Bir bənd necə yoxa çıxıb, yaxud əlavə edilib?
Politoloq Elxan Şahinoğlu bu məsələyə münasibətində bildirmişdi ki, ya Paşinyan özündən bir bənd artırıb, ya da onun naziri sazişdən bir bəndi çıxıb: “Real rəqəmi Azərbaycan Xarici İşlər Nazirliyi açıqlaya bilər. Hər halda razılaşdırılmayan əsas bənd Konstitusiya dəyişikliyi ilə bağlıdır”.
Bu müəmmalı məqam Ermənistanda da ciddi müzakirə edilir.
“Ermənistan” fraksiyasının deputatı Kristine Vardanyan bildirib ki, insanlar layihənin nədən ibarət olduğunu, ümumiyyətlə nəyin müzakirə edildiyini başa düşə bilmir.
“Bu, açıq-aşkar qarışıqlıqdır. Hətta üç sadə rəqəmi birləşdirib cəmi bir ədəd əldə etməkdə problem var, lakin mən burada gizli niyyət görürəm. Çünki ölkənin ən mühüm hadisələri ilə bağlı aydın məlumat verilmir”, – o deyib (publika.az).