Qarabağdakı kəndlərdə aqrar şəhərcik SALINACAQ

Azərğaycan işğaldan azad olunan ərazilərin dirçəldilməsi üçün Belarus təcrübəsindən istifadə edəcək. Bu üsullardan biri də azad olunan ərazilərdə Belarusdakı kimi aqrar şəhərciklərin yaradılmasıdır.

Viral.az fed.az-a istinadən xəbər verir ki, bu məsələ Belarusun xarici işlər nazirinin müavini İqor Nazarukun Bakıya səfəri zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsində keçirilən görüşdə müzakirə edilib.

Qeyd edək ki, hazırda Belarus mütəxəssisləri tərəfindən Ağdamın Qızıl Kəngərli kəndində aqrar şəhərcik yaradılması ilə bağlı layihə hazırlanır.

Görüşdə bu layihədə işlərin gedişi müzakirə edilib, bildirilib ki, layihə Ağdam rayonunda yaşayış məskənlərinin hərtərəfli inkişafına, kənd ərazilərinin dirçəldilməsinə, bölgənin iqtisadiyyatına təsir edəcək.

Son Yazılar:

Qeyd edək ki, aqrar şəhərciklər Belarusda kənd yerlərinin inkişafı üçün tətbiq edilən maraqlı təcrübədir. Aqrar şəhərcik kəndin abadlaşdırılmış formasıdır, burada istehsal və sosial infrastruktur və əhalinin müəyyən yaşayış standartı var. 2000-ci illərdən bu üsul Belarusda geniş tətbiq edilir və aqrar şəhərcik ayrıca yaşayış məntəqəsi kimi götürülür.

Ümumiyyətlə isə aqrar şəhərciklər 1930-cu illərdə kolxozlara alternativ olaraq yaradılırdı. Həmin vaxt SSRİ-də minlərlə aqrar şəhərcik yaradılmışdı. Bunlar abadlıq səviyyəsinə görə, kəndlə şəhər arasında yer tutur. Adətən əhalisi 10 min nəfərdən artıq olan kəndlərdə yaradılan şəhərciklərdə həyət evləri ilə yanaşı, çoxmənzilli Yaşayış binaları da inşa edilir, eləcə də evlərin hazır layihə ilə tikilməsi tətbiq edilirdi.

Belarusda bu proses 2005-ci ildən başlayıb, 2014-cü ilədək 1500-dən artıq aqrar şəhərcik yaradılıb. Bunlardan Brest vilayətində— 221, Vitebskdə— 256, Qomel vilayətində— 238, Qrodnı vilayətində— 239, Minsk vilayətində— 325, Moqilyov vilayətində 202 aqrar şəhərcik var.

Aqrar şəhərciklərin kəndlərdən əsas fərqi mərkəzləşmiş kanalizasiya və su (isti soyuq) sistemi, yolların asfaltla örtülməsi, şəhərlə avtobus əlaqəsi, eləcə də şəhərcikdə həkim məntəqəsi, və ya poliklinikanın olması, idman obyektləri, bağça və məktəblər, mədəni obyektlər, kooperativlər, otellər, hətta notarius və sair olmasıdır.