ABŞ Konqresində yeni büdcə layihəsi ilə bağlı fikir ayrılıqlarına görə Ukraynaya təxminən 5,8 milyard dollar məbləğində yardımın göstərilməsi təxirə salına bilər.
Viral.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Bayden administrasiyası xəbərdarlıq edir ki, əgər respublikaçılar və demokratlar borc tavanı ilə bağlı razılığa gələ bilməsələr, yardımın göstərilməsində gecikmə elə bu aydan etibarən yarana bilər.
Son Yazılar:
- “Hamı “Mercedes” olmaq istəyir”
- Dünyanın ən yaşlı futbolçusu vəfat etdi
- Hərbçilərin kirayə haqları artırılsın – Deputatdan TƏKLİF
Bu vəsait Pentaqona ABŞ ordusunun ehtiyatlarından Ukraynaya silah və texnika göndərməyə imkan verən Presidential Drawdown Authority (PDA) proqramın müddətini uzatmaq üçün nəzərdə tutulub.