Xəbər verdiyimiz kimi, müğənni Kərim Abbasov iştirak etdiyi məclislərin birində döyülüb. Hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Toyda qeydə alınan insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb.
Yayılan məlumata görə, müğənninin döyülməsi hadisəsi Kərim Abbasovun mahnıları fonoqram ifa etdiyi və toyu tez bitirdiyi üçün baş verib.
Viral.az xəbər verir ki, yenisabah.az hadisənin hansı şadlıq evində baş verdiyini öyrənə bilib.
Son Yazılar:
- Dünyanın ən yaşlı futbolçusu vəfat etdi
- Hərbçilərin kirayə haqları artırılsın – Deputatdan TƏKLİF
- Azərbaycanda yeni bələdiyyələr YARADILDI
Belə ki, insident paytaxtın Nizami rayonu, Məhsəti Gəncəvi küç., 2534 ünvanında yerləşən “Platin” Şadlıq sarayında baş verib.
Sözügedən şadlıq sarayının Mərkəzi Bankın sabiq rəhbəri Elman Rüstəmova məxsus olduğu bildirilir.