Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu ölkəyə işgüzar səfəri çərçivəsində Yaponiyanın xarici işlər üzrə dövlət naziri Tsiqe Yosifumi ilə görüşüb.
Viral.az Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının əməkdaşları məlumat yayıb.
Bildirilib ki, danışıqlar zamanı tərəflər Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti və son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.
Son Yazılar:
- Metronun iş rejimi dəyişdirilir: Sərnişinlərin DİQQƏTİNƏ
- “Zaqatalada qazlaşma çox zəifdir” – Azər Kərimli
- Məşhur müğənni saxlanıldı – FOTO
Həmsöhbətlər Ermənistan və Yaponiya arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.
Xatırladaq ki, Armen Qriqoryan bu yaxınlarda Cənubi Koreyada işgüzar səfərdə olub və orada bir sıra görüşlər keçirib.