Ukrayna Prezidenti Vladimir Zelenski yaxın vaxtlarda ABŞ lideri Co Baydenlə görüşəcəyini bildirib.
Viral.az xəbər verir ki, bu barədə Zelenski “X” platformasında paylaşımında bildirib.
Zelenski Ukraynaya sülhə doğru istiqaməti müəyyənləşdirmək üçün lazım olan gücü verəcək “Qələbə Paketini” Baydenə təqdim edəcəyini vurğulayıb.
Son Yazılar:
- Ukrayna Rusiya ilə danışıqlar üçün şərtini AÇIQLADI
- Azərbaycanda yenə ZƏLZƏLƏ oldu
- Bakıda bu avtobus marşrutunun iş saatı UZADILIR
“Rusiyanın Ukraynaya qarşı müharibəsi kimi təcavüzkar müharibələr iki yoldan biri ilə başa çatır: ya işğalçı qüvvələr qovulur, ya da diplomatiya həqiqi müstəqilliyi təmin edir”, – o qeyd edib.