Polad Bülbüloğluna Ermitaj mükafatı təqdim olundu

 

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğluna Ermitaj mükafatı təqdim olunub.

Viral.az xəbər verir ki, təqdimat mərasimi Birləşmiş Mədəniyyətlərin X Sankt-Peterburq Forumu çərçivəsində Qış Sarayının Georgiyevsk zalında baş tutub. Təqdimat mərasimində Rusiya Baş nazirinin müavini Tatyana Qolikova, Peterburqun qubernatoru Aleksandr Beqlov, RF mədəniyyət naziri Olqa Lyubimova, Dövlət Ermitaj muzeyinin rəhbərliyi, Rusiyanın şimal paytaxtındakı diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Son Yazılar:

T. Qolikova Ermitaj mükafatını sovet və Azərbaycan estrada müğənnisi, bəstəkar, siyasi və ictimai xadim Polad Bülbüloğluna və Rusiyanın xalq artisti, xoreoqraf Boris Eyfmana təqdim edib. Bildirib ki, bu mərasimlə Birləşmiş Mədəniyyətlərin X Sankt-Peterburq Beynəlxalq Forumu yekunlaşır: “Mükafatımız qarşılıqlı anlaşma və hörmət prinsipləri əsasında beynəlxalq mədəni dialoqun inkişafına töhfədir”.

Təqdimat mərasimində çıxış edən Polad Bülbüloğlu Ermitaj muzeyinə hələ uşaq ikən gəldiyini xatırladıb. O deyib ki,

Azərbaycanda Böyük Vətən Müharibəsi illərində Sankt-Peterburqda, məhz Ermitaj binasında dahi Nizaminin 800 illik yubileyi, həmçinin sonralar 850 illik yubileyi qeyd olunub. Səfir vurğulayıb ki, bu gün mədəniyyət xalqları və ölkələri birləşdirən mühüm amildir.

Polad Bülbüloğlu onun fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirib, çıxışını “Qorxma, mən səninləyəm” filmindən mahnı ilə yekunlaşdırıb.

Qeyd edək ki, Ermitaj Mükafatı Forumun təşkilat komitəsi tərəfindən Dövlət Ermitaj Muzeyi ilə birgə təsis edilib. Mükafat 2023-cü ildən hər il iki məşhur mədəniyyət xadiminə – bir Rusiya vətəndaşına və bir xarici vətəndaşa mədəniyyət və incəsənət, beynəlxalq mədəniyyət dialoqunun gücləndirilməsi sahəsində nailiyyətlərə görə verilir.