52 saylı Yevlax seçki Dairəsi üzrə REAL Partiyasından namizədliyi qeydə alınmış Rəsul Cəfərovun müraciətinə baxılıb.
Viral.az trend-ə istinadla xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü Qabil Orucov məlumat verib.
Qabil Orucov bildirib ki, Rəsul Cəfərovun dairə seçki komissiyasının hərəkətsizliyindən olan müraciəti anonim şəkildə təqdim edilib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
MSK sədri Məzahir Pənahov bildirib ki, partiya rəhbərliyinə ərizəçinin özünün gedib şikayəti öz adıyla etməsini təmin etməsi üçün çıxdıq.
MSK katibi Mikayıl Rəhimov isə qeyd edib ki, bununla bağlı partiya rəhbərliyi ilə danışıb: “İlqar müəllimə dedim ki, ona deyin ki, ya özü gedib imza çəksin, ya da elektron imza göndərsin. Daha sonra Rəsul Cəfərov özü mənə zəng etdi ki, o vəkildir və apelyasiya məhkəməsində işə çıxır. Mən də dedim ki, MSK katibi kimi məhkəmədən xahiş edərəm sənin işlərini sabaha keçirər. Amma yenə də imza məsələsi həllini tapmadı”.
MSK Rəsul Cəfərovun dairə seçki komissiyasının hərəkətsizliyindən olan müraciətini anonim olduğu üçün baxılmamış saxlayıb. Seçki məntəqələrində pozuntularla bağlı müraciəti isə vaxtı ötdüyü üçün özünə geri göndərilib.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.