Dini kəbin kəsən mollalar cəzalandırılsın

Rəsmi nikah olmadan molla kəbini kəsilməməlidir.

 

Viral.az-ın xəbərinə görə, bunu bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Sədaqət Vəliyeva bildirib.

Son Yazılar:

 

Deputat deyib ki, əvvəl bu məsələdə mollalar, din xadimləri ciddi riayət edirdilər: “Rəsmi nikah olmadan kəbin kəsilmirdi, amma indi bu hallar yaşanır. Rəsmi nikah olmadan kəbin kəsən din xadimləri cəzalandırılsın. Bu məsələyə nəzarət artırılmalıdır”.